Ukraynada müharibəni bir həftəyə bitirə bilərəm, amma... - Boreldən PROQNOZ
Bizi izləyin

Avropa

Ukraynada müharibəni bir həftəyə bitirə bilərəm, amma... - Boreldən PROQNOZ

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Ukrayna böhranının bir neçə həftəyə hansı şəraitdə başa çata biləcəyindən danışıb.

Publika.az bu barədə"TASS"a istinadən xəbər verir.

Borel Sinqapurda Şanqri-La Dialoq forumunda çıxışı zamanı Ukrayna böhranına bir neçə həftəyə son qoymağın şərtini açıqlayıb.

O, bildirib ki, bu Qərbin hərbi yardımından imtina edəcəyi təqdirdə baş verəcək.

Mən Ukraynada müharibəni necə bitirəcəyimi bilirəm. Bu çox asandır. Biz Ukraynaya hərbi dəstəyi dayandırırıq və müharibə bir neçə həftəyə başa çatacaq”, - deyə o proqnozlaşdırıb.

Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri münaqişənin nəticəsi barədə fikirlər söyləyib.

Onun sözlərinə görə, böhranın nəticəsi vacibdirsə, o zaman Qərb Kiyevə hərbi tədarükləri dayandıra bilməz, çünki ölkələr “Ukraynanı ikinci Belarusa” çevirəcək kapitulyasiya sülhü istəmir.

Borel vurğulayıb ki, vacib olan münaqişənin sona çatması faktı deyil, onun nəticələridir. Qərb ölkələri respublika ərazisində sülhün bərqərar olmasına çalışdıqları üçün Kiyevi silahla təmin etməkdə davam edəcəklər.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm