Avropa
Aİ-dən Türkiyə ilə bağlı önəmli çağırış: konstruktiv əməkdaşlıq...
Aİ diplomatiyası ölkələri Türkiyə ilə konstruktiv əməkdaşlıq etməyə çağırır.
Publika.az xəbər verir ki, ki, Aİ diplomatiyası R.T.Ərdoğanın yenidən prezident seçilməsindən və Ukraynadakı münaqişənin geosiyasi nəticələrindən sonra ölkələri Türkiyə ilə konstruktiv əlaqə axtarmağa çağırır. Bu barədə Britaniyanın "Financial Times" qəzeti Aİ-nin diplomatik sənədinə istinadən məlumat yayıb.
Qeyd edildiyi kimi, cümə axşamı Aİ xarici işlər nazirləri Ərdoğanın Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqlarda Brüsselin yeni addımlar atması tələbini müzakirə edəcəklər. Nəşrin yazdığına görə, Aİ rəsmiləri hesab edirlər ki, Türkiyə liderinin tələbi onun Aİ-nin gömrük ittifaqına çıxışını genişləndirmək, Türkiyə vətəndaşları üçün viza rejimini liberallaşdırmaq və miqrasiya idarəçiliyi ilə bağlı Ankaraya yardımı artırmaq istəyi ilə bağlıdır.
Bildirilir ki, viza rejiminin liberallaşdırılması və Türkiyənin blokun gömrük ittifaqında iştirakı ilə bağlı irəliləyişlər də mümkündür, lakin bunun üçün Ankaranın məlumat mübadiləsi və antiterror qanunvericiliyi, eləcə də Brüsselin proteksionist hesab etdiyi ticarət tədbirləri ilə bağlı tədbirlər görməsi lazımdır.
Xatırladaq ki, Türkiyə 1963-cü ildə Aİ ilə (o zaman - AET) assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə ittifaqa üzvlük üçün müraciət edib. Lakin üzvlük danışıqları yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. Hazırda danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır.
Mehti Kamiloğlu
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər