Avropa ailəsinə NİFAQ DÜŞDÜ: "Spiegel"in səhifələrində "atışma" gedir
Bizi izləyin

Avropa

Avropa ailəsinə NİFAQ DÜŞDÜ: "Spiegel"in səhifələrində "atışma" gedir

Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni xarici siyasət səlahiyyətlərini aşdığına görə qınayıb.

Publika.az xəvər verir ki, bu barədə "Spiegel" jurnalı yazır.

Siyasətçilər jurnalın səhifələrində qiyabi etiraz aksiyası keçiriblər.

"Şarl Mişel “Spiegel”ə müsahibəsində Ursula fon der Leyenin xarici siyasət təşəbbüslərini tənqid edib. O, Avropa Komissiyasının Ukraynanın tezliklə ittifaqa üzv olacağına dair bəyanatlara qəzəblə reaksiya verməsindən narahat olub", - məlumatda deyilir.

Mişelin bəyanatlarına cavab olaraq Avropa Komissiyasının sözçüsü Arianna Podesta bildirib ki, Avropa Şurasının rəhbəri Ukraynaya 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmaq perspektivini təklif etməklə öz səlahiyyətlərini aşır .

Bundan əvvəl fransalı siyasətçi, Vətənpərvərlər partiyasının lideri Florian Filippot Avropa İttifaqının Ukraynaya sponsorluq planlarını tənqid edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm