Almaniya Ukraynaya elə silahlar göndərir ki...
Bizi izləyin

Avropa

Almaniya Ukraynaya elə silahlar göndərir ki...

Almaniya yeni hərbi yardım paketi çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə (UAF ) 18 min 155 mm-lik mərmi və onlarla kəşfiyyat pilotsuz uçuş aparatının (PUA) təhvil verildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə məlumat Almaniya hökumətinin saytında dərc olunub.

Almaniya Ukraynaya 18 min 155 mm-lik NATO mərmisi, 14 "Vektor" kəşfiyyat PUA-sı, 30 "RQ-35 Heidrun" pilotsuz uçuş aparatı, həmçinin "Leopard" tankları üçün sursat təhvil verəcək .

Ukrayna Silahlı Qüvvələrinə verilən texnikanın siyahısına 6 ədəd “Wisent 1” minaaxtaran maşın və iki “Qunduz” körpüdüzən maşın əlavə edilib. Almaniya həmçinin Kiyevə 2 min "RGW 90 Matador" qumbaraatanları, 180 PUA aşkarlama sistemi və infraqırmızı kameralar göndərəcək.

Bundan əvvəl Almaniya kansleri Olaf Şoltd Rusiya ərazisinə hücumlara görə Ukraynaya yardım göstərilməsini istisna etmişdi. O, Almaniya ordusunun hədəflərin seçilməsinə və birbaşa zərbələrin endirilməsinə köməklik göstərməyəcəyini bəyan edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm