Ukraynada elə qərar qəbul edildi ki... - 60 gün ərzində...
Bizi izləyin

Avropa

Ukraynada elə qərar qəbul edildi ki... - 60 gün ərzində...

Ukrayna parlamenti ölkədə hərbi səfərbərlik şərtlərini sərtləşdirən qanun qəbul edib.

Publika.az xarici mediaya istinadla xəbər verir ki, Ukrayna Ali Radasında səfərbərlik, hərbi qeydiyyat və hərbi xidmətlə bağlı bəzi məsələlərin təkmilləşdirilməsi haqqında qanun layihəsi səsə qoyulub.

Qanun layihəsi 351 deputatdan 283-nün səsi ilə qəbul edilib.

Parlamentin qəbul etdiyi yeni qanuna əsasən, səfərbərlik zamanı yaşı 18-dən 60-a qədər olan kişilər hər zaman özləri ilə hərbi qeydiyyat şəhadətnaməsi daşımalı olacaqlar. Həmçinin xaricdə olan və hərbi qeydiyyat sənədi olmayanlar yeni pasport ala bilməyəcəklər.

Qanun dərc edildikdən sonra hərbi xidmət keçməli olan bütün şəxslər 60 gün ərzində yaşayış ünvanlarını, əlaqə məlumatlarını və hərbi itkilər barədə məlumatları yeniləməli olacaqlar. Yaşı 18-60 arasında olan hərbi xidmətə məsul olan şəxslər Ukraynanın xarici diplomatik qurumlarında yalnız hərbi uçot məlumatlarını yenilədikdə konsulluq xidmətindən yararlana biləcəklər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm