ABŞ-dan KRİTİK XƏBƏRDARLIQ: İran sabah İsrailə hücum edə bilər
Bizi izləyin

Avropa

ABŞ-dan KRİTİK XƏBƏRDARLIQ: İran sabah İsrailə hücum edə bilər

İran aprelin 14-ü səhər saatlarında İsrailə hücum edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı amerikalı məmura istinadla məlumat yayıb .

"İranın bazar günü səhər saatlarında İsrailə hücum etmə ehtimalı yüksəkdir", - ABŞ xəbərdarlıq edib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden İranın Suriyadakı səfirliyinin konsulluq bölməsinə son hücumuna cavab olaraq İsrailə zərbə endirmək planları ilə bağlı Tehrana xəbərdarlıq edib. ABŞ prezidenti söz verib ki, münaqişə gərginləşərsə, Vaşinqton İsrailə hər cür dəstək verəcək.

Pentaqondakı mənbə isə İranın İsrailə mümkün hücumu fonunda ABŞ-ın Yaxın Şərqə qoşun yeritdiyini bildirmişdi. O , iranlı generalın ölümü ilə nəticələnən İsrailin Dəməşqə endirdiyi zərbənin nəticələrini şərh edib. Onun sözlərinə görə, departament İranın İsrailə genişmiqyaslı hücumundan ehtiyat edir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm