Aİ XİN başçıları İran-İsrail böhranına görə toplanır
Bizi izləyin

Avropa

Aİ XİN başçıları İran-İsrail böhranına görə toplanır

Avropa Birliyinin xarici işlər nazirləri (XİN) aprelin 16-da videobağlantı vasitəsilə İranın İsrailə hücumlarından sonra regional vəziyyəti müzakirə edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Piter Stano bildirib.

Onun sözlərinə görə, fövqəladə şura zamanı İranın İsrailə hücumlarından sonra regional eskalasiya riskinin azaldılmasına diqqət yetiriləcək.

"Şurada gələcək addımlar, AB və onun üzv ölkələrinin İranın eskalasiyasına necə reaksiya verməli olduğu müzakirə ediləcək”, - Stano qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm