Avropa
Liz Trass Trampı "DƏRİN DÖVLƏT"lə HƏDƏLƏDİ

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass ABŞ prezidentliyinə namizəd Donald Trampa “dərin dövlət”lə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə o, "The Wall Street Journal"dakı köşə yazısında qeyd edib.
"Britaniya bürokratik dövləti mənim təklif etdiyim islahatları alt-üst etdi və onun amerikalı həmkarı Tramp noyabrda qalib gəlsə, onun diqqət mərkəzində olacaq. "Dərin Dövlət" onu ilk dövründə etdiyindən daha çox sarsıtmağa çalışacaq", - Böyük Britaniyanın keçmiş baş naziri bildirib.
Trass deyib ki, mühafizəkar siyasətçilər başa düşməlidirlər ki, seçkidə qalib gəlmək kifayət deyil:
"Qalibin özünü qorumağa meylli olan "dərin dövləti" dağıtmaq üçün ardıcıl plana ehtiyacı var".
Trass 20 oktyabr 2022-ci ildə baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb. Onun səlahiyyət müddəti Britaniya tarixində ən qısa müddət idi - 49 gün.
Keçmiş baş nazir daha əvvəl vəzifəsindən istefa verməkdə “dərin dövlət” və solçu qüvvələri günahlandırmışdı. Fevral ayında Trass demişdi ki, dünyanın bir çox ölkəsində solçular hakimiyyətə gəldiyi üçün Qərb məhvə məhkumdur. \
"Mən belə qənaətə gəldim ki, mühafizəkarlar yenidən qalib gəlmədikcə və solun ələ keçirdiyi institutları öz üzərinə götürməyə hazır olmasalar, Qərb məhvə məhkumdur", - o qeyd edib.
Donald Tramp 2024-cü ilin noyabrında keçiriləcək prezidentliyə Respublikaçılar Partiyasından namizəddir. Ölkədə siyasətçiyə qarşı bir neçə cinayət işi qaldırılıb: porno aktrisaya rüşvət vermə, gizli sənədlərin qanunsuz saxlanması, həmçinin 2020-ci il prezident seçkilərinə müdaxilə ilə bağlı iki iş.
Hüseyn İbadlı

-
Magazin206:16
Dua Lipa açıq-saçıq libasda elə pozalar verdi ki... - FOTO
-
Magazin103:13
Aysun yenidən ərə gedəcək? - “İstəyirəm ki…”
-
ABŞ02:42
ABŞ “Azadlıq” radiosunu PULSUZ QOYDU
-
Region01:41
İranlı general ABŞ-yə xəbərdarlıq etdi
-
Magazin100:45
Damlaya nə olub? - Özü paylaşım edib ki...
-
Mistika00:15
Günün ULDUZ FALI - Gözlənilməz gəlir sizi sevindirəcək
-
Sosial15 Mart 23:36
Sabiq məmur vəfat etdi - FOTO
-
Sosial15 Mart 23:00
Bu şəxslərin müavinəti tamamilə ləğv oluna bilər