Dubayda “narıncı" TƏHLÜKƏ KODU: təyyarələr gəmi kimi "üzməyə" başladı - VİDEO
Bizi izləyin

Avropa

Dubayda “narıncı" TƏHLÜKƏ KODU: təyyarələr gəmi kimi "üzməyə" başladı - VİDEO

Birləşmiş Ərəb Əmirliklərində yağan güclü yağış, tufan və güclü külək səbəbindən Dubay Beynəlxalq Hava Limanında bir neçə reys gecikib və ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Təcili yardım xidmətləri Əbu-Dabi, Dubay, Şarja və Ras Əl-Xeymədə su basmış bir neçə yolu bağlayıb.

BƏƏ-nin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, quraq bölgə üçün nadir olan yağış çərşənbə axşamı gecə başlayıb və çərşənbə gününə qədər davam edəcəyi gözlənilir.

Şəhərdə “narıncı" təhlükə kodu elan olunub, səlahiyyətlilər sakinləri lazımsız yerə evlərini tərk etməməyə çağırıb. Dövlət qurumları, eləcə də bir çox özəl şirkətlər uzaqdan iş rejiminə keçiblər.

Güclü yağışlar magistralları və alçaq yolları su basıb. Yerli hakimiyyət orqanları ictimai nəqliyyatın hərəkətini məhdudlaşdırmağa məcbur olub, metro fasilələrlə işləyir. Dubay polisi sürücüləri pis hava şəraitində avtomobillə səyahət etməməyə çağırıb.

Əmirliyin ən böyük aviaşirkətləri olan "Emirates və Etihad Airways", mümkün cədvəl dəyişiklikləri barədə xəbərdarlıq edib və sərnişinlərə hava limanlarına tez gəlməyi tövsiyə edib.

Dubayda yerləşən “Flydubai” loukoster şirkəti çərşənbə axşamı və çərşənbə günlərinə planlaşdırılan bir neçə reyslərin ləğv edildiyini bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm