Orban Aİ rəhbərliyini SƏRT TƏNQİD ETDİ: "Uğursuzluğa düçar olub"
Bizi izləyin

Avropa

Orban Aİ rəhbərliyini SƏRT TƏNQİD ETDİ: "Uğursuzluğa düçar olub"

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının rəhbərliyini siyasi şantajda ittiham edib və bildirib ki, bütün əsas layihələri iflasa uğratdığı üçün istefaya getməlidir.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.

"İndi Avropa Birliyinin yaşıl keçid, davamlılıq siyasəti, miqrasiya, sanksiyalar və hərbi siyasət kimi özlərinin seçdiyi əsas layihələri olan liderləri var və bunların hamısı uğursuzluğa düçar olub", - o deyib.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Macarıstanın "miqrasiya və anti-gender siyasətləri"nə görə Aİ fondlarından pul almayacağını "açıq şəkildə" söylədiklərinə görə, Orban belə sərtcavab verib.

Bundan əvvəl Orban Avropa Birliyinin yeni miqrasiya paktını kəskin tənqid etmişdi. Onun sözlərinə görə, miqrasiya paktı Aİ-nin tabutuna daha bir mismar vurur. Orban Avropada birliyin, eləcə də təhlükəsiz sərhədlərin artıq olmadığı fikrini bildirib. O vurğulayıb ki, Budapeşt heç vaxt Brüsseldə dəyişikliklərin dayandırılmasını tələb edən “kütləvi miqrasiya dəliliyinə” boyun əyməyəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm