Rus dilini müdafiə edən nazirin istefası tələb olunur
Bizi izləyin

Avropa

Rus dilini müdafiə edən nazirin istefası tələb olunur

Latviyanın mədəniyyət naziri Aqnese Loqina dövlətin respublikanın bütün milli azlıqlarının dillərində media yayımını təmin etmək öhdəliyini bəyan edib.

Publika.az "Delfi.lv" portalına istinadən xəbər verir ki, Seymdə Mədəniyyət Nazirliyinin rəhbəri rus dilini dəstəkləməkdə ittiham edilib və onun istefası tələb olunub.

Latviya Seyminin üzvü Nauris Puntulis, “Bu addımın səbəbi Loqinanın ictimai medianın, o cümlədən rus dilində olan məzmunun təmin edilməsinin zəruriliyi ilə bağlı açıqlamaları olub”.

Puntulis əlavə edib ki, media rus dilində deyil, ingilis, litva və latqal dillərində yayımı inkişaf etdirməlidir.

Daha əvvəl Litvada təhsil naziri Gintautas Jakstas istefa vermişdi. O, rus dilində təhsil almağın əleyhinə idi.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm