"Ukraynaya daha çox yardım göndərin" - Stoltenberq
Bizi izləyin

Avropa

"Ukraynaya daha çox yardım göndərin" - Stoltenberq

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Baş katib Stoltenberq "X" hesabında bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı Ukraynanın təcili ehtiyacları və NATO-nun bu ölkəyə dəstəyi müzakirə olunub danışıb.

"Yardımın gecikdirilməsi hər gün öz nəticələrini verir. Beləliklə, mənim müttəfiqlərə mesajım aydındır: Ukraynaya daha çox yardım göndərin. Biz həmçinin bu cümə günü NATO-Ukrayna Şurasını çağırmağa razılaşdıq", - Stoltenberq paylaşımında qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm