Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
Bizi izləyin

Avropa

Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi

Rusiya prezidenti Putinin sabiq həyat yoldaşı Lyudmila Putinanın hazırkı əri, sahibkar Artur Oçeretnının Fransada villası ələ keçirilib.

Publika.az xəbər verir ki, bu barədə “Challenges” məlumat yayıb.

Biarritz şəhəri yaxınlığında Biskay körfəzi sahilində yerləşən “Villa Suzann”” 2023-cü ilin dekabrında müsadirə edilib. Müsadirə “Transparency International” təşkilatının Fransa bölməsinin şikayətindən sonra baş verib - hüquq müdafiəçiləri villanın satın alındığı vəsaitin mənşəyinin yoxlanılmasını tələb ediblər. İndi villa tərk edilib və orada heç kim yaşamır.

“Villa Suzann”ın təxmini dəyəri 5,4 milyon avrodur. Bu, səkkiz yataq otağı olan 450 kvadratmetr sahəsi və beş min kvadrat metr bitişik sahəsi olan bir malikanədir.

Villa ilk dəfə 2017-ci ildə, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Reportajı Layihəsinin (OCCRP) jurnalistləri Oçeretnının maliyyəsi ilə bağlı araşdırma dərc etdikdən sonra məlum olub. Jurnalistlərin araşdırdığı sənədlərdən məlum olur ki, villa 2013-cü ilin sonunda alınıb.

Vladimir və Lyudmila Putin boşandıqlarını 2013-cü ildə elan ediblər. Lyudmilanın ikinci evliliyi rəsmi olaraq açıqlanmadı, lakin jurnalistlər onun 2016-cı ildən gec olmayaraq evləndiyini öyrəniblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm