Borell qərar verdi: Toivo Klaar bu türk dövlətinə səfir göndərilir
Bizi izləyin

Avropa

Borell qərar verdi: Toivo Klaar bu türk dövlətinə səfir göndərilir

Aİ diplomatiyasının rəhbəri Josep Borrell Aİ-nin Özbəkistandakı nümayəndə heyətinin rəhbəri vəzifəsinə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın namizədliyini irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidmətinin məlumatında deyilir.

Bu namizədin təyin edilməsi ilə bağlı qərar Özbəkistanın rəsmi razılığını aldıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Toivo Klaar 2017-ci ilin oktyabr ayından Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsidir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm