Bu ölkə 7 saatlıq iş gününə keçir
Bizi izləyin

Avropa

Bu ölkə 7 saatlıq iş gününə keçir

Monteneqronun Əmək və əhalinin sosial müdafiəsi naziri Naida Nişiç ilin sonunadək ölkədə yeddi saatlıq iş gününün tətbiqi planlarını açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə Monteneqronun RTCG ictimai yayımına müsahibəsində bildirib. Monteneqroda iş saatlarının azaldılmasının nəzərdə tutulub-tutulmaması ilə bağlı suala Nişiç belə cavab verib: “Baş nazir Milojko Spajiçin seçki kampaniyası zamanı elan etdiyi vəd bu il baş verəcək”.

Monteneqronun Əmək Nazirliyinin rəhbəri də sosial müavinətlərə daha ədalətli yanaşma ilə bağlı, həmçinin Pensiya Sığorta Fondunda və Müvəqqəti Əlillik Sığortasında islahatların aparılacağını açıqlayıb.

Xatırladaq ki, iş həftəsinin 40 saatdan 35 saata endirilməsi ideyası ötən il Monteneqronun yeni prezidenti Yakov Milatoviçin “Europe Now” partiyası tərəfindən parlament seçkiləri ərəfəsində irəli sürülüb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm