Amerikalı zabit Ukraynada ABŞ-ın qorxulu planını ifşa etdi
Bizi izləyin

Avropa

Amerikalı zabit Ukraynada ABŞ-ın qorxulu planını ifşa etdi

Vaşinqton maliyyə yardımı paketi göndərməklə Ukraynada qan tökülməsini davam etdirəcəyinə ümid edir.

Publika.az xəbər verir ki, bu fikirləri “X” sosial şəbəkəsində Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor paylaşıb.

“Ukraynaya bütün bu pulları göndərməkdə administrasiyanın ümidi Ukrayna xalqının tam və tamamilə məhv edilməsini ört-basdır edilməsidir”, - Makqreqor yazıb.

O, həmçinin qeyd edib ki, artıq bir neçə aydır ki, döyüş meydanında təşəbbüs Rusiya hərbçilərinə məxsusdur və yaya qədər vəziyyət daha da pisləşəcək.

Qeyd edək ki, aprelin 17-də əksəriyyətinin respublikaçıların olduğu ABŞ Konqresinin Nümayəndələr Palatası İsrail, Ukrayna və Hind-Sakit okean regionunda müttəfiqlərə yardım haqqında üç ayrı qanun layihəsi dərc edib.

Ukraynaya 60,84 milyard dollarlıq yardım çərçivəsində 23,2 milyard dolların hərbi texnikanın və müdafiə xidmətlərinin artırılmasına, 13,8 milyardının silah və müdafiə xidmətlərinin alınmasına, 11,3 milyardının isə ABŞ-ın regionda hərbi əməliyyatlarının davam etdirilməsinə sərf edilməsi təklif edilir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm