Bu ölkənin hava limanlarında uçuşların 75 faizi ləğv ediləcək
Bizi izləyin

Avropa

Bu ölkənin hava limanlarında uçuşların 75 faizi ləğv ediləcək

Fransa hava limanlarında uçuşların 75%-ə qədəri ləğv ediləcək.

Publika.az xəbər verir ki, aviaşirkətlər aviadispetçerlərin tətili səbəbindən buna məcbur olacaqlar.

Bundan əlavə, uçuşlarda uzunmüddətli gecikmələr gözlənilir.

Sabaha planlaşdırılan dispetçerlərin tətilinin geniş miqyasda keçiriləcəyi gözlənilir.

Əsas dispetçerlər birliyi olan “SNCTA” mayın 9-dan 11-dək tətil keçirməyi planlaşdırır.

Qeyd edək ki, aviadispetçerlərin həmkarlar ittifaqları əməkhaqqının yenidən nəzərdən keçirilməsini, həmçinin ölkədə hava hərəkətinə nəzarət sahəsində islahatların aparılmasını tələb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm