Aİ seçkiləri ərəfəsində qalmaqal: Alman və fransız sağçılar nəyi bölə bilmirlər?
Bizi izləyin

Avropa

Aİ seçkiləri ərəfəsində qalmaqal: Alman və fransız sağçılar nəyi bölə bilmirlər?

Marin Le Penin ifrat sağçı “Milli birlik” partiyası Avropa Parlamentinə (AP) seçkilər ərəfəsində ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə fikir ayrılığı yaşayır.

Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb .

Nəşrin qeyd etdiyi kimi, fransızlar Almaniyanın aparıcı ifrat sağçı namizədi Maksimilian Kranın nasist və casus qalmaqalları fonunda Avropa seçkilərində AfD ilə birləşməsini çox riskli hesab edirlər.

Baxmayaraq ki, hər iki partiya öz ölkələrində liderlik edir və birlikdə Avropa Parlamentinə 50-yə yaxın deputatı göndərsələr, millətçi və immiqrasiya əleyhinə siyasi qüvvəyə çevrilə bilərlər.

Bundan əvvəl Almaniyanın AfD-dən olan deputatı Petr Bystron Rusiya ilə əlaqələrdə ittiham olunduğu üçün toxunulmazlığından məhrum edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının onun Bundestaqdakı ofisində də axtarış apardıqları bildirilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm