Avropa
Xalq gözündən düşən lider: Qərbin Makron proqnozu - MƏĞLUB OLACAQ

Fransa prezidenti Emmanuel Makron və onun bloku Ukrayna münaqişəsinə həddindən artıq diqqət ayırdıqlarına görə qarşıdan gələn Avropa Parlamenti seçkilərində məğlub ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Politico” Fransanın “Odoxa” tədqiqat şirkətinin sorğusuna istinadən məlumat yayıb.
Nəşr yazır: “Fransızların nəzərində ümumavropa məsələləri və Kiyevə dəstək hələ də uzaq problemlər kimi görünür”.
"Odoxa"nın araşdırmasına görə, respondentlərin ümumi sayının yalnız onda biri qeyd edib ki, Ukraynadakı münaqişə Avropa Parlamentinə seçkilər zamanı onların qərarlarına təsir göstərəcək. Sorğuda iştirak edən vətəndaşların 35 faizi isə seçimləri üçün təhlükəsizlik məsələsini həlledici hesab edib.
"Odoxa"nın analitiki Ervan Lestroana görə, Fransa vətəndaşları “qlobal təhlükəsizlikdən daha çox öz sərhədləri daxilində təhlükəsizliklə maraqlanırlar”. Eyni zamanda, fransızların 70 faizi müasir Fransa hakimiyyətinin hərəkətlərini cinayətkarlıqla mübarizə üçün yetərsiz hesab edir.
Adəm Abbaslı

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?