Ukrayna daha 13 uşağı ailələri ilə birlikdə geri qaytardı
Bizi izləyin

Avropa

Ukrayna daha 13 uşağı ailələri ilə birlikdə geri qaytardı

Ukrayna Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərdən daha 13 uşağı ailələri ilə birlikdə geri qaytarıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi Aparatının rəhbəri Andrey Yermak teleqram hesabında məlumat yayıb.

Onun sözlərinə görə, 7 uşaq ailələri ilə birlikdə işğal olunmuş ərazilərdən, daha 6 uşaq isə Ukrayna Prezidentinin uşaqları geri qaytarması ilə bağlı təsdiq edilmiş tədbirlər planının icrası çərçivəsində geri qaytarılıb.

Qayıdandan sonra bütün ailələr Uşaq Hüquqlarını Müdafiə Mərkəzinə baş çəkiblər və orada artıq öz vəziyyətləri barədə səlahiyyətli orqanlara danışıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm