Britaniyada hərbi çağırış bərpa edilə bilər - İki variant olacaq
Bizi izləyin

Avropa

Britaniyada hərbi çağırış bərpa edilə bilər - İki variant olacaq

"Mühafizəkarlar Partiyası iyulun 4-də keçiriləcək seçkilərdən sonra parlamentdəki yerlərin əksəriyyətini qoruyub saxlayarsa, Britaniya vətəndaşları yenidən hərbi xidmətə çağırılmağa başlayacaq".

Publika.az xəbər verir ki, Baş nazir Rişi Sunak bu barədə bazar günü "The Mail"də dərc olunan məqaləsində yazıb.

Nəşrin yazdığına görə, hərbi çağırışı geri qaytarmaq planı hazırlayan Sunak və onun müşavirləri Rusiya, İran , Çin və Şimali Koreyanın artan təhlükəsindən qorxurlar.

Siyasi müşahidəçilər üçün sürpriz olan Tori seçki təşəbbüsü nəzərdə tutur ki, 18 yaşı tamam olandan və məktəbi bitirdikdən sonra gənc britaniyalı oğlan və qadınların ya silahlı qüvvələrdə 1 il xidmət etməsi tələb olunacaq və ya 25 gününü (1 il ərzində hər ay 2 istirahət günü) polis, kommunal xidmətlər və ya səhiyyə sisteminin işçilərinə kömək edərək, ictimai işlərə həsr etmək.

Layihənin müəllifləri məzunların yalnız 10 faizinin birinci variantı seçəcəyini ehtimal edirlər.

“Bu cür xidmətin məcburi edilməsinin əsassız olmasından şikayət edənlərə cavabım odur ki, vətəndaş olmaq təkcə hüquqlarınızdan istifadə etmək deyil, həm də öhdəliklərinizi yerinə yetirmək deməkdir”, - Sunak bildirib.

O hesab edir ki, dövlət gənclər üçün, gənclər isə ölkə üçün daha çox iş görməlidir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm