Ollandın sevgilisi ilə görüşə gedərkən sürdüyü skuter fantastik qiymətə satıldı
Bizi izləyin

Avropa

Ollandın sevgilisi ilə görüşə gedərkən sürdüyü skuter fantastik qiymətə satıldı

Fransua Ollandın Fransa prezidenti olarkən aktrisa Julie Gayet ilə gizli şəkildə romantik görüşlərə getdiyi skuteri hərraca çıxarılıb.

Publika.az xəbər verir ki, prezident skuteri iki dəfə baha qiymətə - 20,5 min avroya satılıb.

Alıcı Fransada şəxsi avtomobil muzeyinin sahibi Denis Brehere olub. Skuterin yeni sahibi onu hər kəsin görməsi üçün sərgiyə qoymağa hazırlaşır.

"Bu skuter Fransa tarixinin bir hissəsidir", - deyə muzey sahibi bildirib.

Fransada qalmaqallı xəbərləri ilə tanınan "Closer" jurnalı 2014-cü ildə Ollandın Qayaya gizli səfərləri ilə bağlı məqalə dərc edib. Nəşr aktrisanın Yelisey sarayının yaxınlığındakı mənzilinin ətrafında çəkilmiş bir sıra fotoşəkilləri dərc edib. Şəkillər arasında üzünü motosiklet dəbilqəsi ilə gizlədən şəxs da yer alıb. Nəşr prezidentin əvvəllər rəsmi tədbirdə geyindiyi ayaqqabıları müəyyən etdikdən sonra söhbətin Ollanddan getdiyi qənaətinə gəlib. Fotoda Fransanın birinci şəxsinin cangüdənlərindən biri də yer alıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm