Almaniyadan sensasion addım: Rusiyaya qarşı sanksiyanı blokladı
Bizi izləyin

Avropa

Almaniyadan sensasion addım: Rusiyaya qarşı sanksiyanı blokladı

Almaniya hökuməti Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərdən yayınmağa nəzarəti gücləndirmək məqsədi daşıyan və Rusiyanın mayeləşdirilmiş təbii qazının ixracı ilə bağlı yeni sanksiyalar paketinin təsdiqlənməsinə mane olur.

Publika.az xəbər verir ki, bu barədə TASS agentliyə mənbələrə istinadən məlumat yayıb.

Agentliyin Brüsseldəki mənbəsi Budapeştin Rusiya Federasiyasına qarşı sanksiyaların razılaşdırılması prosesini əngəllədiyi çoxsaylı hallara toxunaraq, “Son zamanlar Almaniyanın yeni Macarıstana çevrildiyi hiss olunurdu” deyib.

Onun sözlərinə görə, Berlin “şübhələrini və düzəlişlər etmək arzusunu ifadə edib” və bu, sanksiyalarla bağlı razılığın gecikməsinin əsas səbəb olub.

Yeni sanksiyaların əsas məqsədi əvvəllər qəbul edilmiş tədbirlərin, xüsusən də Rusiya müdafiə sənayesi tərəfindən Qərb texnologiyalarının alınmasından yayınma ilə mübarizədir. Rusiyaya qarşı LNG-nin üçüncü ölkələrə göndərilməsi üçün Avropa limanlarından istifadənin qadağan edilməsi də planlaşdırılır.

Almaniya sanksiyalar paketinin ilk komponentindən narahatdır ki, bu da sanksiyaların pozulmasına görə müəssisələrin xarici filiallarının məsuliyyətinə aiddir. Berlin, alman bizneslərinə zərər vuracağından ehtiyat edərək, qərarın ləğvinə və ya müəyyən şirkətlərlə məhdudlaşdırılmasına çağırır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm