Sandu Moldovada keçirilən prezident seçkilərində liderdir
Bizi izləyin

Avropa

Sandu Moldovada keçirilən prezident seçkilərində liderdir

Moldovanın hazırkı dövlət başçısı Maya Sandu prezident seçkilərində liderlik edir.

Publika.az xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Protokolların 37 faizi açıqlandıqdan sonra Sandu 35 faizlik nəticə ilə liderdir.

Onun ardınca 29 faizlə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo gəlir.

Qalib seçicilərin yarısından çoxunun səsini toplamalıdır. Əks təqdirdə, noyabrın 3-də ikinci tur keçiriləcək və birinci turun iki lideri iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm