Moldovada prezident seçkisi və referendum keçirilir
Bizi izləyin

Avropa

Moldovada prezident seçkisi və referendum keçirilir

Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzvlüyə dair Konstitusiya referendumu ilə bağlı səsvermə keçirilir.

Publika.az xəbər verir ki, prezident seçkiləri yarışında prezidentliyə 11 namizəd mübarizə aparır. Bundan başqa seçicilər “Moldova Respublikasının Avropa İttifaqına üzv olması üçün Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı?” sualına da cavab verəcəklər.

Prezident seçkiləri və Konstitusiya referendumu üçün Mərkəzi Seçki Komissiyası 7,3 milyondan çox bülleten çap edib.

MSK-nın açıqlamasına görə, seçkiləri 2061yerli və beynəlxalq müşahidəçi izləyir.

Moldovanın 42 min gənc vətəndaşı ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm