İtaliya Ukraynaya 40 milyardlıq yardıma qarşı çıxdı
Bizi izləyin

Avropa

İtaliya Ukraynaya 40 milyardlıq yardıma qarşı çıxdı

Ukrayna üçün ildə 40 milyard dollarlıq hərbi yardım paketi haqqında danışmaq hələ tezdir.

Publika.az xəbər verir ki, bu barədə İtaliya müdafiə naziri Quido Krozetto deyib.

“Onlar sadəcə yoxdur, İtaliya bu öhdəliyə qarşı çıxdı. Bu, ildə əlavə 3,5 milyard xərcləmək deməkdir və onu ÜDM-in 2%-nə çatdırmaq bizim üçün onsuz da çətindir. Bu həddə çatanda biz yeni investisiyalar haqqında danışacağıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, bundan əvvəl NATO Baş katibinin Ukrayna üçün yeni fond yaratmaq istədiyi və alyansa üzv ölkələrin bu fonda hər il 100 milyard dollard köçürəcəyi barədə məlumat yayılmışdı. Sonradan bu məbləğin 40 milyard avro ilə dəyişdirildiyi qeyd olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm