Rusiya Ukraynaya 486 milyard dollar təzminat ödəməlidir - G7-dən bəyanat
Bizi izləyin

Avropa

Rusiya Ukraynaya 486 milyard dollar təzminat ödəməlidir - G7-dən bəyanat

"Böyük Yeddilik" (G7) ölkələri Ukraynaya vurulan ziyana görə Rusiyadan 486 milyard dollar ödəməyi tələb edir.

Publika.az xəbər verir ki, bu barədə G7-nin İtaliyada keçirilən sammitinin yekun bəyanatında deyilir.

“Dünya Bankının məlumatına görə, Ukraynaya dəyən ziyan 486 milyard ABŞ dollarını ötüb. Biz təsdiq edirik ki, müvafiq hüquq sistemlərimizə uyğun olaraq, Rusiyanın bizim yurisdiksiyalarımızdakı aktivləri Rusiya Ukraynaya vurduğu zərəri ödəyənə qədər hərəkətsiz qalacaq”, - bəyanatda qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm