Ukrayna Rusiya ilə birbaşa danışıqlardan İMTİNA ETDİ
Bizi izləyin

Avropa

Ukrayna Rusiya ilə birbaşa danışıqlardan İMTİNA ETDİ

Ukrayna Rusiya ilə birbaşa danışıqlar aparmayacaq.

Publika.az "360"a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva İsveçrədə keçirilən konfransda bildirib.

“Rusiya ilə birbaşa danışıqlar olmayacaq. Bu, sammitin həsr olunduğu format deyil”, - Jovkva bildirib.

Onun sözlərinə görə, İsveçrə sammitinə dialoqa hazır olan ölkələr dəvət olunub.

Bir gün əvvəl, iyunun 14-də Jovkva bildirib ki, Kiyev artıq münaqişənin həlli üçün ikinci sammitə fəal şəkildə hazırlaşır. Rusiya tərəfinin də orada iştirak etməsi mümkün olacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm