Sunak İsveçrədə MESAJ VERDİ: "Onlar tarixin yanlış tərəfindədirlər"
Bizi izləyin

Avropa

Sunak İsveçrədə MESAJ VERDİ: "Onlar tarixin yanlış tərəfindədirlər"

Sunak Ukraynada sülh üçün şərtləri çağırıb

"Rusiya Federasiyası və Ukrayna yalnız Kiyev üçün məqbul olan şərtlərlə sülh bağlamalıdır".

Publika.az "Sky News"a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak İsveçrədə keçirilən forumda bildirib.

“Rusiya Prezidenti Vladimir Putin əsl sülhdə maraqlı deyil. O, daim bu sammitə qarşı diplomatik kampaniya aparır, ölkələri danışıqlara hazır olduqlarını iddia edərək, bu sammitdə iştirakdan çəkinməyə çağırır", - Britaniya lideri bildirib.

Sunakın sözlərinə görə, Rusiyanın müttəfiqləri indi “tarixin yanlış tərəfindədirlər”.

Xatırladaq ki, bundan əvvəl Rişi Sunak Ukraynaya 500 milyon funt-sterlinq və 1600 raket transferini təsdiqləyib .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm