Makron XƏYANƏTƏ UĞRAYIR: Prezidentin görüntülərindən də imtina edildi
Bizi izləyin

Avropa

Makron XƏYANƏTƏ UĞRAYIR: Prezidentin görüntülərindən də imtina edildi

Təyinatı ölkə prezidenti Emmanuel Makron tərəfindən lobbiləşdirilən Fransa Nazirlər Kabinetinin yeni rəhbəri Qabriel Attal seçki kampaniyası zamanı getdikcə daha çox prezidentdən uzaqlaşır.

Publika.az xəbər verir ki, bu barədə Fransanın “Les Echos” qəzetində dərc olunan məqalədə deyilir.

Materialda bunun “kiçik, lakin getdikcə nəzərə çarpan addımlarla” baş verdiyi deyilir.

Məqalə müəllifi qeyd edir ki, baş nazir getdikcə daha çox müstəqilliyini nümayiş etdirir və hətta indiki dövlət başçısı ilə fikir ayrılıqlarından danışır.

Qəzet yazır ki, Attal əvvəllər özünü “azad” kimi təqdim edib. O, həm də proqramla xalqa müraciət edib və “onu növbəti hökumət başçısı kimi seçin” çağırışı ilə çıxış edib.

"Les Echos"da qeyd edilib ki, Attal getdikcə özünü siyasətçi kimi mövqeləndirir və reklam videolarında Makronun görüntülərindən imtina edib.

Xatırladaq ki, Attal yanvarda Fransa hökumətinin başçısı təyin edilib. Fransız ekspertlər Attalın siyasi karyerasını Makrona borclu olduğunu qeyd edərək, Makron və Attalı dost adlandırıblar. Eyni zamanda Attalın Makronun sadiq müttəfiqi olacağına inanılırdı.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm