Bu ölkə də Ukrayna ilə ANLAŞIR: "Lazım olduğu müddətdə..."
Bizi izləyin

Avropa

Bu ölkə də Ukrayna ilə ANLAŞIR: "Lazım olduğu müddətdə..."

Sloveniya Prezidenti Nataşa Pirts Musar iyunun 27-də Kiyevə səfər edəcək və burada Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq.

Publika.az xəbər verir ki, bu barədə Sloveniyanın Radio və Televiziyası məlumat yayıb.

“Bu razılaşma ilə biz Ukraynaya lazım olduğu müddətdə kömək etməyə davam edəcəyik”, - deyə dövlət başçısı bildirib.

“Delo” qəzetinin yazdığına görə, müdafiə və xarici işlər nazirlikləri tərəfindən hazırlanan təhlükəsizlik sazişi məcburi beynəlxalq müqavilə deyil, sadəcə olaraq Ukraynaya uzunmüddətli dəstək üçün siyasi iradənin ifadəsidir. Hazırda NATO-nun doqquz üzvü Kiyevlə analoji sazişlər imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm