NATO-nun kəşfiyyat təyyarələri AVROPA SƏMASINDA - Bu ölkə izlənilir
Bizi izləyin

Avropa

NATO-nun kəşfiyyat təyyarələri AVROPA SƏMASINDA - Bu ölkə izlənilir

Avropa səmasında NATO-ya məxsus AWACS kəşfiyyat təyyarələri Ukrayna hava məkanını izləyir.

Publika.az xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Jurnalı yazır.

“Rəsmi olaraq, toplanan istənilən kəşfiyyat məlumatı yalnız NATO ölkələrinə göndərilir, lakin hamı bilir ki, bu ölkələrin bəziləri bu məlumatı Ukrayna ilə tez bölüşürlər”, - nəşr yazır.

Qeyd olunur ki, Qərb kəşfiyyat məlumatları Kiyevə mümkün hücumlara daha tez cavab vermək imkanı verir.

Bu təyyarələr 2022-ci ilin fevral ayından mütəmadi olaraq Şərqi Avropa və Baltik dənizi üzərində patrul xidməti həyata keçirir.

Bundan əvvəl Şimali Atlantika Alyansının altı AWACS təyyarəsindən ibarət donanmasını yeniləri ilə əvəz etdiyini bildirilib. Sənəddə qeyd olunur ki, blok yeni nəsil təyyarə seçib. Altı yeni "Boeing E-7A" təyyarəsi 2031-ci ilə qədər əməliyyata hazır olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm