İlham Əliyev bu qanunları təsdiqlədi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev bu qanunları təsdiqlədi

Prezident İlham Əliyev "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanunu təsdiqləyib.

Publika.az xəbər verir ki, ötən il büdcə gəlirləri 35 milyard 574,8 milyon manat (əvvəlki illə müqayisədə artım 16 %), gəlirlər üzrə plan 105 %, büdcə xərcləri isə 36 milyard 458,5 milyon manat (artım 13,7 %), xərclər üzrə plan 99,5 % icra olunub.

Büdcə kəsiri 883,7 milyon manat və yaxud ÜDM-in 0,7 %-ni təşkil edib.

xxx

Prezident İlham Əliyev “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında qanunu təsdiqləyib.

Publika.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, sazişin yerli tərəfdaşı dəyişib.

Belə ki, nazirlik "AzerGold" QSC ilə əvəz edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm