Putin NATO-nun hədəfində: hazırlıqlar başladı, 3 mümkün ssenari
Bizi izləyin

Avropa

Putin NATO-nun hədəfində: hazırlıqlar başladı, 3 mümkün ssenari

Qarşıdan gələn NATO sammiti dünyaya güclü mesaj verməlidir.

Publika.az xəbər verir ki, Amerikanın Xarici Əlaqələr Şurası (CFR) analitik mərkəzinin ekspertləri qeyd edirlər ki, Rusiya prezidenti Vladimir Putin sammitin gündəliyində xüsusi fiqur olacaq.

“NATO sammitinin güclü mesajı olacaq. Putin sammitdə əlavə gündəm maddələri üçün xüsusi hədəfdir", - CFR ekspertləri bildiriblər. Onlar əlavə ediblər ki, ABŞ prezidenti Co Bayden administrasiyası və onların NATO üzrə müttəfiqləri mühüm hadisə kimi iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək sammitə hazırlaşır.

"Hazırlıqlar üç əsas istiqamətə yönəlib: Ukraynanın ötənilki sammitdə NATO-ya üzv olmağa dəvət edilməməsi ilə bağlı narazılığına cavab, Konqres Respublikaçılarının müdafiə xərclərini tənqid etməsi və Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücumundan sonra Vladimir Putinin hərəkətləri", - analitik mərkəzin məlumatında vurğulanıb.

Şimali Atlantika müqaviləsinin 75-ci ildönümünə həsr olunmuş NATO sammiti 2024-cü il iyulun 9-11-də 30 tərəfdaş ölkənin iştirakı ilə keçiriləcək. Kiyevə yeni dəstək və Ukraynanın NATO-ya inteqrasiya imkanları müzakirə olunacaq. Almaniya kansleri Olaf Şolts deyib ki, Kiyev hakimiyyəti yaxın 30 il ərzində alyansa qoşulacağına ümid etməməlidir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm