Avropa
Fransada seçkilər - Makronun koalisiyası MƏĞLUB OLUR
Fransanın Milli Ralli partiyası respublika parlamentinə keçirilən seçkilərin birinci turunda qalib gəlib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, siyasi birlik 34,2 faiz səs toplayıb. Bunun sayəsində Milli Ralli qanunverici orqanda 240-dan 270-ə qədər yer əldə edə bilər. Fransa parlamentində 577 yer var.
Eyni zamanda, səsvermənin birinci turunun nəticələrinə görə ikinci yerdə Yeni Xalq Cəbhəsi koalisiyası qərarlaşıb. O, Üsyankar Fransa Partiyası, Sosialist Partiyası, Yeni Anti-Kapitalist Partiyası, Kommunist Partiyası və Avropa Ekologiya Yaşıllar Partiyasından ibarətdir. Daxili İşlər Nazirliyinin məlumatına görə, vətəndaşların ümumilikdə 29,1 faizi bu koalisiyaya səs verib. Beləliklə, birlik qanunverici orqanda 180-200 yerə arxalana bilər.
Üçüncü yerdə isə öz növbəsində “Respublika naminə birlikdə” prezident bloku qərarlaşıb. Üç partiyadan - Dirçəliş, Demokratik Hərəkat və Üfüqlərdən ibarət birlik 21,5% səs toplayıb. Bu səbəbdən hazırkı dövlət başçısı Emmanuel Makronun koalisiyası parlamentdəki 160-dan çox mandatı itirmək və yeni çağırışda 90-dan çox yer qazanmamaq riski ilə üzləşir.
Hüseyn İbadlı
-
Nəqliyyat18:54
İmişli İcra Hakimiyyəti yolu fantastik qiymətə çəkmək istədi - Şişirdilmiş rəqəmlər
-
Cənubi Qafqaz18:48
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən GERİ ÇƏKİLİRLƏR
-
Rəsmi xronika18:13
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - YENİLƏNDİ
-
Qoroskop17:35
Ən sıxıcı üç bürc - Onların bir sonrakı addımını təxmin etmək çox sadədir
-
Sosial17:24
Bakıda restoranda saxta araq satırmışlar
-
Qarabağ 16:39
Putin Əliyev və Paşinyanla "Zəngəzur dəhlizi"ni MÜZAKİRƏ EDİB? - Peskov açıqladı
-
Sağlamlıq15:40
Proqnozların əksi oldu: Başladı, amma yaxın saatlarda...
-
Sosial14:45
Vasif Talıbovu o əvəzlədi