Makron yoxa çıxıb: Onu buna məcbur ediblər - VİDEO
Bizi izləyin

Avropa

Makron yoxa çıxıb: Onu buna məcbur ediblər - VİDEO

Fransa prezidenti Emmanuel Makron ictimaiyyət qarşısına çıxmağı dayandırıb. Çünki Makronun rəhbərlik etdiyi “İntibah” Partiyası onun neqativ imicinin parlament seçkilərinin nəticələrinə mənfi təsir edəcəyindən ehtiyatlanır.

Publika.az xəbər verir ki, bu barədə “Politico” partiya daxilindəki anonim mənbəyə istinadən yazıb.

Nəşrin iddiasına görə, Fransa lideri təxminən iki həftədir ki, ictimaiyyət qarşısına çıxmır. Üstəlik, onun portreti partiyanın seçki kitabçalarında yerləşdirilməyib.

Xatırladaq ki, Fransa parlamentinə iyunun 30-da keçirilən seçkilərin birinci turunda Makronun koalisiyası 20,04 faiz səs toplayaraq yalnız üçüncü nəticə göstərib. İlk turda lider Respublikaçılar Partiyasından olan müttəfiqləri ilə birlikdə 33,15 faiz səs toplayan Milli Mitinq Partiyası olub. İkinci yeri isə 27,99 faiz səslə solçu Yeni Xalq Cəbhəsi koalisiyası tutub.

Qeyd edək ki, iyulun 7-də parlament seçkilərinin ikinci turu keçiriləcək.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm