İsveçdə islamofob partiya liderinə qarşı ittiham irəli sürüldü
Bizi izləyin

Avropa

İsveçdə islamofob partiya liderinə qarşı ittiham irəli sürüldü

“Quran”ı yandırmaqla ictimaiyyətin diqqətini cəlb edən ifrat sağçı “Stram kurs” partiyasının lideri, Danimarka və İsveç vətəndaşı Rasmus Paludan etnik qrupu təhrik və təhqir etməkdə ittiham olunur.

Publika.az xəbər verir ki,bu barədə İsveç prokurorluğu məlumat yayıb.

Bildirilib ki, bu ittihamlara Paludanın aprel ayında Malmödə, həmçinin, 2022-ci ilin sentyabrında dərisinin rənginə və etnik mənsubiyyətinə görə bir insana qarşı dəfələrlə alçaldıcı sözlər dediyi iki ayrı hadisə daxildir.

Baş prokuror Adrien Kombyer-Hoqq bildirib: “İttihamları irəli sürmək üçün kifayət qədər əsaslar var və bundan sonra işə rayon məhkəməsi baxacaq".

Paludan ona qarşı irəli sürülən ittihamlardan xəbəri olmadığını bildirib. O, islamofob fikirlərinə sadiq qaldığını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm