81 deputatdan Makrona zərbə
Bizi izləyin

Avropa

81 deputatdan Makrona zərbə

Emmanuel Makronun Fransa prezidentliyindən uzaqlaşdırılmasını tələb edən qətnaməni 81 deputat imzalayıb.

Publika.az xəbər verir ki, KİV-lər sənədi “Yeni Xalq Cəbhəsi” blokundan olan 81 deputatın imzaladığını iddia edir. Onlardan 72-sinin “Əyilməz Fransa” partiyasının deputatları olduğu bildirilir.

Qətnamənin imzalanmasına səbəb Makronun solçu blokun nümayəndəsini ölkənin baş naziri postuna təyin etməkdən görünməmiş şəkildə imtina etməsidir. Deputatlar Fransa Konstitusiyasının 68-ci maddəsinə əsaslanırlar. Bu maddə prezident öz səlahiyyətlərini pozarsa, onun vəzifəsindən kənarlaşdırılması (impiçment) imkanını nəzərdə tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm