Moldova ciddi təhlükə ilə üz-üzə: Ölkə müstəqilliyini itirir
Bizi izləyin

Avropa

Moldova ciddi təhlükə ilə üz-üzə: Ölkə müstəqilliyini itirir

Moldova tədricən müstəqilliyini itirir, çünki avropalı tərəfdaşlar ölkənin hakimiyyət orqanlarının nə etməli və etməməli olduğuna qərar verir.

Publika.az xəbər verir ki, bu barədə Moldova Konstitusiya Məhkəməsinin keçmiş sədri Dmitri Pulbere GRT telekanalının efirində danışıb.

“Biz şahidiyik ki, ölkədəki vəziyyəti, xüsusən də son illərdə inkişaf tərəfdaşları deyilən dövlətlər diktə edir və bizim artıq müstəqil ölkə kimi səs vermək hüququmuz yoxdur. Çünki fəaliyyətimiz müəyyən dərəcədə məhduddur”, - deyə Pulbere qeyd edib.

O, hər yeni hakimiyyətlə bu prosesin daha da gücləndiyinə də diqqət çəkib. Pulbere bildirib ki, müstəqillik anlayışı devalvasiyaya uğrayıb: "Bununla yanaşı, ölkə vətəndaşlarının dövlət məmurlarına inamı getdikcə azalır".

Vazeh BƏHRAMOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm