Avropa
Bu ölkədə təbii fəlakət vəziyyəti ELAN EDİLİR - Əhalini çox çətin gecə gözləyir
"Daşqın səbəbindən Polşada təbii fəlakət rejiminin tətbiqinə hazırlıq gedir".
Publika.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk öz "X" hesabında yazıb.
O qeyd edib ki, rejimin tətbiqi ilə bağlı Nazirlər Şurasının qərarının hazırlanması barədə qərar aidiyyəti nazirlər və xidmətlərlə məsləhətləşmələrdən sonra verilib.
Sentyabrın 15-də Avropanın müxtəlif şəhərlərində yerli hakimiyyət orqanlarının "Boris" qasırğası səbəbindən bəndləri gücləndirmək üçün tədbirlər gördüyü bildirilib . Bəzi yaşayış məntəqələri işıqsız qalıb.
Həmçinin, Çexiyada baş verən daşqınlar səbəbindən Moraviya-Sileziya bölgəsində dəmir yolu hərəkəti demək olar ki, tamamilə iflic olub.
Daşqın səbəbindən Praqadan qatarlar indi Ostravadan xeyli cənubda yerləşən Olomouca gedir. Polşadan gələn qatarlar Ostravanın şimalında yerləşən Bohumin şəhərində dayanır.
Polşanın cənubunda da güclü yağışlardan sonra baş verən daşqınlar səbəbindən hava şəraiti çətinləşib.
RMF FM-nin məlumatına görə, ölkənin bəzi rayonlarında ən yüksək (üçüncü) dərəcə intensiv yağış yağacağına dair xəbərdarlıq var. Ekspertlərin fikrincə, sakinləri “çox çətin gecə” gözləyir.
Hüseyn İbadlı
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU
-
Qoroskop00:35
Günün qoroskopu: gözəl fürsətlər yaranacaq
-
Hadisə9 Oktyabr 22:44
Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
-
Dünya9 Oktyabr 22:32
“İrana cavabımız ölümcül olacaq” - İsrail
-
Magazin19 Oktyabr 20:35
Azərbaycanlı aktyorun toyundan görüntülər - VİDEO
-
Nəqliyyat9 Oktyabr 20:15
Taksilərlə bağlı yeni QADAĞA: Bu maşınların istifadəsi dayandırıldı