Bu ölkənin baş nazirinin müavini adam oğurluğunda ittiham olunur: Ağır cəza gözləyir
Bizi izləyin

Avropa

Bu ölkənin baş nazirinin müavini adam oğurluğunda ittiham olunur: Ağır cəza gözləyir

Palermo prokurorluğu İtaliyanın hazırkı baş nazirinin müavini və nəqliyyat naziri Matteo Salvininin adam oğurluğu, vəzifələrini yerinə yetirməmək ittihamı ilə 6 il müddətinə həbs edilməsini tələb edib.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Bildirilir ki, ittihamlar Salvininin İtaliya Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi və Aralıq dənizində xilas edilmiş 150-yə yaxın qeyri-qanuni miqrantın gəmidən enməsinə icazə vermədiyi 2019-cu ildə baş vermiş hadisələrlə bağlıdır.

Qeyd edək ki, İtaliyanın keçmiş daxili işlər nazirinin məhkəməsi oktyabrın 18-də başlayacaq. O, 2018-2019-cu illərdə Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi dövrdə miqrasiya məsələsində sərt mövqe nümayiş etdirib.

Qarşıdan gələn məhkəmə ilə bağlı ortaya çıxan xəbərləri şərh edən Salvini bildirib ki, əgər o, yenidən həmin vəziyyətə düşsə, eyni qərar qəbul edər. Onu İtaliyanın baş naziri Giorgia Meloni və bir sıra digər nazirlər dəstəkləyib.

Vazeh BƏHRAMOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm