Ağır xəstəliyə tutulan III Çarlzın vəziyyəti açıqlandı
Bizi izləyin

Avropa

Ağır xəstəliyə tutulan III Çarlzın vəziyyəti açıqlandı

Xərçəng diaqnozu qoyulan Böyük Britaniya kralı III Çarlzın səhhətində müsbət tendensiya müşahidə olunur.

Publika.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "Daily Mail" məlumat yayıb.

Kralın səhhəti bu ilin əvvəlində xərçəng diaqnozu qoyulduqdan sonra "çox müsbət" istiqamətdə irəliləyir.

Nəşr əlavə edir ki, kral Avstraliya və Samoaya səfərə hazırlaşır və bu, onun xəstəliyə tutulduğundan bəri ilk böyük xarici səfəri olacaq.

Fevralın əvvəlində krala xərçəng diaqnozu qoyulduğu məlum olub və həkimlər ona ictimai vəzifələrini təxirə salmağı tövsiyə ediblər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm