Zelenski yeraltı silah fabriklərinin yaradıldığını AÇIQLADI
Bizi izləyin

Avropa

Zelenski yeraltı silah fabriklərinin yaradıldığını AÇIQLADI

Qərb müttəfiqlərinin hərbi yardım təchizatının gecikdirilməsi fonunda Ukrayna yeraltı fabriklərdə öz silahlarını istehsal etməyə başlayacaq.

Publika.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Biz yeraltı silah istehsalına başlayacağıq ki, hətta tərəfdaşlarımızdan tədarük gecikəndə belə Ukrayna əsgərləri özlərini müdafiə edə bilsinlər”, - o qeyd edib.

Ukraynanın öz silah istehsalını artırmaq ideyası ABŞ-ın müdafiə naziri Lloyd Ostin tərəfindən də Ramşteyndəki görüşdə bəyənilib. O, əmin edib ki, müttəfiqlər Ukraynaya “Rusiyanın təcavüzünə bu gün müqavimət göstərmək və sabah onun qarşısını almaqda” kömək etməyə davam edəcəklər.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna müharibəni tədricən Rusiya Federasiyasının ərazisinə köçürür ki, Putin təzyiq hiss etsin.

Zelenski yenidən müttəfiqlərdən Ukraynanın hava hücumundan müdafiə imkanlarını artırmağı tələb edib. O, onlara aldıqları sistemlərə görə təşəkkür edib, lakin qeyd edib ki, vəd edilən xeyli sayda zenit qurğuları hələ də çatdırılmayıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm