Yunanıstan onlara vergi tətbiq edəcək
Bizi izləyin

Avropa

Yunanıstan onlara vergi tətbiq edəcək

Hər bir kruiz gəmisi sərnişini Yunanıstanda vergi ödəməli olacaq.

Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib.

O, gəlirlərin artırılmasına, ölkənin istehsal potensialının inkişafına, bərabərsizliyin azaldılmasına və sosial problemlərin həllinə yönəlmiş 45 tədbirdən ibarət islahat planını təqdim edib.

"Yunanıstan limanından enən hər bir sərnişin üçün kruiz vergisi tətbiq ediləcək. Santorini və Mikonosda bu daha yüksək, digər limanlarda isə daha aşağı olacaq və məbləğ mövsümdən asılı olacaq", - Mitsotakis bildirib.

Bir sıra adaların, xüsusən də Santorininin sakinləri çoxlu sayda qonaq olduğuna görə, turizmdən və infrastrukturun həddindən artıq yüklənməsindən şikayətləniblər.

Mitsotakis rüsumun məbləğini açıqlamasa da, əvvəllər onun hər bir sərnişin üçün 10 avro olması təklifləri var idi.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm