Avropa
Solların həmləsi: Bu gün Makronun SON ZƏNGi çalına bilər
Bu gün - sentyabrın 17-də Fransa Milli Assambleyası, parlamentin aşağı palatası solçu “Məğlubedilməz Fransa” partiyasının təklif etdiyi prezident Emmanuel Makronun impiçmenti barədə qətnaməni müzakirə edəcək.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" xəbər yayıb.
Qeyd edək ki, təşəbbüs Makron koalisiyasının parlament seçkilərində uğur qazanmasına baxmayaraq, solçuların nümayəndələrini yeni hökumətdən kənarlaşdırdıqdan sonra irəli sürülüb.
Sənəd Fransa Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq hazırlanıb. Bu maddə, prezident öz vəzifələrini pozarsa, onun vəzifədən kənarlaşdırılmasına icazə verir. Qətnaməni “Yeni Xalq Cəbhəsi” blokunun 81 deputatı, o cümlədən “Məğlubedilməz Fransa”nın 72 nümayəndəsi, həmçinin Yaşıllar və Sol Demokratlar və Respublikaçılar qrupunun bəzi deputatları dəstəkləyib.
Bildirilir ki, 22 üzvdən 12-nin soldan olduğu aşağı palatanın yuxarı kollegial orqanı olan Büro, qətnamənin məqbul olub-olmamasına qərar verməlidir. Eyni zamanda sosialistlər bu təşəbbüsü dəstəkləməkdən imtina ediblər və keçmiş prezident, indiki deputat Fransua Olland, eləcə də Yaşılların lideri Marin Tondelier bunun əleyhinə çıxış ediblər.
Qeyd edək ki, qətnamə bu mərhələdən keçərsə, solun cəmi 24 mandata malik olduğu 73 deputatdan ibarət qanunvericilik komitəsi tərəfindən təsdiqlənməlidir. Bundan sonra Milli Assambleyanın üçdə ikisi (385 deputat) iki həftə ərzində sənədin lehinə səs verməlidir. Belə prosedurlar solların çoxluğa malik olmadığı Senatda baş tutmalıdır. Senat qətnaməni (232 səs) təsdiq edərsə, iki palata birgə iclas keçirəcək. Qətnamənin qəbulu üçün 925 parlamentaridən 617-sinin dəstəyi lazımdır. Təsdiq olunacağı halda isə prezident dərhal vəzifəsindən kənarlaşdırılacaq.
Adəm Abbaslı
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi