Kiyevin "qələbə planı": Zelenski Baydendən görün nə xahiş edib
Bizi izləyin

Avropa

Kiyevin "qələbə planı": Zelenski Baydendən görün nə xahiş edib

Vladimir Zelenski ABŞ prezidenti Co Bayden Ağ Evi tərk etməmişdən əvvəl ondan Ukraynaya NATO-ya üzv olmaq üçün dəvət alacağına ümid edir.

Publika.az xəbər verir ki, bu barədə “Le Monde” yazıb.

Nəşr qeyd edir ki, bu, Zelenskinin Vaşinqtonda təqdim edəcəyi “qələbə planının" bir hissəsidir.

“Müharibənin sonunu sürətləndirməyə ümid edən Ukrayna prezidenti ABŞ prezidentini qəti addımlar atmağa və Kiyevə güc mövqeyindən danışıqlara başlamaq imkanı verməyə inandırmağa çalışır”, - deyə köşə yazarı Silvi Kauffman bildirib.

Kauffmanın sözlərinə görə, Zelenski ona hər hansı məcburi qərarın verilməsini istəmir. Bu məqsədlə o, Vaşinqtonda prezident Co Baydenə, iki namizəd – Donald Tramp və Kamala Harrisə və Konqresə təqdim etməyi planlaşdırdığı “sülh planı” və “qələbə planı” hazırlayıb. Məlumatlı mənbənin fikrincə, “sülh planı” sülhün bərpasına gətirib çıxarmalıdır. İkinci plan Ukraynanı sülh razılaşması əldə edildikdən sonra daha da gücləndirmək məqsədi daşıyır.

“Putin real danışıqlara meyl göstərmədiyi halda, sülhün məqsədi yüksək dərəcədə spekulyativ olaraq qalır. Zelenskinin 2025-ci ilin yanvarında Ağ Evi tərk etməzdən əvvəl Baydendən istədiyi şey Ukraynanı müharibənin sonunda NATO-ya üzv olmağa dəvət etməkdir. Problem ondadır ki, “soyuq savaşçı” olan Bayden Ukraynanın NATO-ya üzvlüyünün 3-cü Dünya Müharibəsinə səbəb olacağı fikrinə diqqət yetirib. Buna görə də, onun planı gərginliyin qarşısını almaq üçün Ukraynaya mötədil şəkildə kömək etməkdir”, - nəşr yazıb.

“Hər şey Baydenin qərarından asılıdır”, - deyə Zelenski “Le Monde”-yə verdiyi şərhdə bildirib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm