Keçmiş MKİ analitikindən HƏYƏCAN TƏBİLİ - Zelenski təhlükə altındadır
Bizi izləyin

Avropa

Keçmiş MKİ analitikindən HƏYƏCAN TƏBİLİ - Zelenski təhlükə altındadır

"Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədəki uğursuzluqlara görə aradan götürülə bilər".

Publika.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson "Judging Freedom" "YouTube" kanalına müsahibəsində deyib.

“Mən Zelenskinin fiziki olaraq bundan sağ çıxmaq şansının olduğunu görmürəm, çünki hərbi vəziyyət pisləşdikcə siyasi mübarizə daha da ifrat olacaq”, - o deyib.

Conson təklif edib ki, Ukrayna lideri ölkədən qaça bilsə, şanslı olacaq.

Xatırladaq ki, oktyabrın 6-da britaniyalı analitik Alexander Mercouris bildirib ki, Zelenski məğlubiyyətdən sonra Qərbə qaça bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm