Miqrantların "əsarətində" olan Avropa ölkəsi hansıdır?
Bizi izləyin

Avropa

Miqrantların "əsarətində" olan Avropa ölkəsi hansıdır?

Avropada ən çox qanunsuz miqrant Böyük Britaniyada yaşayır.

Publika.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" Oksford Universitetinin mütəxəssislərinin araşdırmasına istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Böyük Britaniyada 745 minə qədər qeyri-qanuni mühacir var ki, bu da Fransadan təxminən iki yarım dəfə çoxdur. Burada 300 minə yaxın qeyri-qanuni miqrant var. Bu göstərici üzrə ikinci yeri 700 minə qədər qeyri-leqal miqrantın yaşadığı Almaniya tutur.

Qeyd edək ki, ilin əvvəlindən Böyük Britaniyaya 26,6 min qeyri-qanuni immiqrant La-Manş boğazı boyunca şişmə qayıqlarla gəlib ki, bu da eyni dövr üçün 2023-cü ilin göstəricilərindən 5% çoxdur. Oktyabrın 5-də krallığa qeyri-qanuni yollarla 973 nəfər daxil olub.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm