Ukraynadan Türkmənistana ŞOK ÇAĞIRIŞ - Putin Aşqabada gələndə...
Bizi izləyin

Avropa

Ukraynadan Türkmənistana ŞOK ÇAĞIRIŞ - Putin Aşqabada gələndə...

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Roma Əsasnaməsini imzalamayan Türkmənistanı Rusiya Prezidenti Vladimir Putini Aşqabada səfəri zamanı həbs etməyə çağırıb.

Publika.az xəbər verir ki, nazirlik bu barədə öz "Telegram" kanalında müvafiq bəyanat yayıb.

Ukrayna Xarici İşlər Nazirliyi ümidvardır ki, Türkmənistan hakimiyyəti beynəlxalq hüquq normalarına, xüsusən də əvvəllər Rusiya liderinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarına hörmətlə yanaşır.

Xatırladaq ki, sentyabrın 11-də Ukrayna Prezidenti Vladimir Zelenski Monqolustanın Putin haqqında BCM-nin həbsinə dair orderi icra etməkdən imtina etməsinə görə məsuliyyətin bütün dünyanın üzərinə düşdüyünü deyib .

Sentyabrın 2-də Rusiya Federasiyasının Prezidenti rəsmi səfər çərçivəsində Monqolustana səfər edib. Məhkəmə onun barəsində həbs qərarı çıxardıqdan sonra bu, Putinin BCM-nin yurisdiksiyasını tanıyan ölkəyə ilk səfəri idi. Avropa Birliyi və Ukrayna Monqolustan hakimiyyətini Rusiya liderini saxlamağa çağırıb. Gözlənildiyi kimi, Ulan-Bator hörmətli qonağı həbs etməyib. Monqolustanda Putini fəxri qarovul dəstəsi qarşılayıb və təntənəli kortejdə sərbəst şəkildə hava limanını tərk edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm