Daha iki ölkə arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ
Bizi izləyin

Avropa

Daha iki ölkə arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ

Polşa Almaniya hakimiyyətinin iki ölkə sərhədində nəzarəti uzatmaq qərarına etiraz edib.

Publika.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski məlumat verib.

“Almaniyanın bütün qonşuları ilə sərhəd nəzarəti tətbiq etməsi Şengen zonasının faydalarını sarsıdır. Biz bu qərarı qəbul etmirik. Polşa tərəfi hələ də buna necə cavab verəcəyini düşünür”, - deyə o qeyd edib.

Sikorski istisna etməyib ki, ölkənin Baş naziri Donald Tusk oktyabrın 12-də Polşa tərəfdən cavab tədbirləri elan edə bilər.

Qeyd edək ki, sentyabrın 9-da Almaniyanın daxili işlər naziri Nensi Fezer qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədilə ölkənin bütün quru sərhədlərində müvəqqəti nəzarətin tətbiqinə dair göstəriş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm